Nazir Bakı və Abşeronda inşası davam edən məktəblərdən danışıb

Nazir Bakı və Abşeronda inşası davam edən məktəblərdən danışıb "Hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir".
Elm və təhsil
4 May , 2022 12:54
Nazir Bakı və Abşeronda inşası davam edən məktəblərdən danışıb
Emin Əmrullayev

"Hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında Bakı və şəhərətrafı qəsəbələrdə məktəb şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Binə qəsəbəsində həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində şagird sıxlığı ilə bağlı problem əsaslı şəkildə həll ediləcək: "Orada hələ də iki məktəbin tikintisi davam edir. Bu da problemin həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orda da 2000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq. Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi planlaşdırılıb. Ümumiyyətlə, Bakı və Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqədardır".

Son xəbərlər

Orphus sistemi