Nazir: Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır

Nazir: Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır Bugünkü həqiqət odur ki, Azərbaycan ali təhsil müəssisələrinin elmi tədqiqat komponenti aşağıdır.
Elm və təhsil
23 May , 2024 11:32
Nazir: Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır

Bugünkü həqiqət odur ki, Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə mühüm işlər görülür və dinamika müsbətdir:

"Amma hətta son 10 ildə əldə olunan nəticələr belə, qarşıda hələ uzun yolun olduğunu göstərir. Bu yolu getməkdən başqa çarəmiz də yoxdur. Son aylarda bir sıra elmi-tədqiqat institutları ilə universitetlər arasında əməkdaşlıq memorandumu imzalanır. İnanıram ki, yaxın gələcəkdə nəticələri görə biləcəyik".

Son xəbərlər

Orphus sistemi