Naxçıvanda məktəbli yarmarkası keçirilir

Naxçıvanda məktəbli yarmarkası keçirilir Naxçıvanda  məktəbli yarmarkası keçirilir
Elm və təhsil
1 Sentyabr , 2023 10:44
Naxçıvanda məktəbli yarmarkası keçirilir

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri H.Əliyev prospektindəki Kitab Evində və rayon mərkəzlərində məktəbli yarmarkası keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhərində keçirilən yarmarkada Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, valideynlər və şagirdlər iştirak edirlər.

Keçirilən yarmarkalarda əhaliyə münasib qiymətlərlə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunur.

Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək məktəbli yarmarkaları hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi