Naxçıvanda hər il “STEAM təhsil festivalı” keçiriləcək

Naxçıvanda hər il “STEAM təhsil festivalı” keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılması ilə bağlı sərəncam imzalayıb.
Elm və təhsil
8 İyun , 2021 00:59
Naxçıvanda hər il “STEAM təhsil festivalı” keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılması ilə bağlı sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamda Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində yeni texnologiyaların, distant və elektron təhsilin tətbiqi yüksək ixtisaslı kadr hazırlığına geniş imkanlar açdığı bildirilir. Qeyd edilir ki, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunduğu STEAM təhsil metodu da əldə olunan biliklərin praktikada tətbiqi və intellektual potensialın əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın təhsil müəssisələrində pilot layihə kimi STEAM təhsil metodundan istifadənin bu sahədə sistemli tədbirlərin görülməsini zərurətə çevirib.

Mütərəqqi təhsil metodu kimi əhəmiyyətini nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılıb. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılmasını və hər il “STEAM təhsil festivalı”nın keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə, Təhsil və Maliyyə nazirliklərinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi