Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.
Qeyd edək ki, müsahibə mərhələsi iki gün, 15-16 oktyabr tarixlərini əhatə edib. Vakant vəzifələr üzrə 21-28 avqust tarixlərində aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 48 namizəd sənəd verib, onlardan 43-ü müsahibə mərhələsində iştirak edib.