Naxçıvan Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib

Naxçıvan Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib “Naxçıvan” Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib.
Elm və təhsil
21 Oktyabr , 2023 15:36
Naxçıvan Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib

Naxçıvan Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin “Aziz Sancardan Bilm və Ulusal Kalkınma Üzerine Aforizmalar” adlı kitabın təqdimat mərasimi olub.

Nobel mükafatçısı professor Əziz Səncərin videobağlantısı ilə keçirilən tədbir türk dünyasının müxtəlif unversitetlərindən canlı bağlantılar və çıxışlarla davam edib.

Tədbirdə Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri Akademik İsmayıl Hacıyev çıxışlarında kitabı Əziz Səncərin aforizmləri haqqında dəqiq mənbə kimi dəyərləndirib, onun türk dünyasında və dünya elmindəki rolunu yüksək qiymətləndiriblər.

Kitabın müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri dosent Elşən Bağırzadə Əziz Səncərlə birgə əməyin və birbaşa Əziz Səncərin ön sözü ilə ərsəyə gələn kitab və onunla türkdilli ölkələrdə keçirilən tədbirlərdən xatirələrini bölüşüb.

Tədbirə videobağlantı ilə qoşulan Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu çıxışlarında Əziz Səncərin türk dünyasının birləşməsində, elmi və mədəni əlaqələrinin güclənməsində xüsusi roluna diqqət çəkiblər.

Sonra gənclər Əziz Səncərə suallar ünvanlayıblar.

Son xəbərlər

Orphus sistemi