Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında
"Report" xəbər verir ki, müvafiq sərəncamı muxtar respublika Ali Məclisinin sədri
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 8 ştat vahidi müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun xərclər smetasını və ştat cədvəlini müəyyən etmək, Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etməlidir.