Müharibədə iştirak edən gənclər təhsil haqlarından azad ediləcəkmi?

Müharibədə iştirak edən gənclər təhsil haqlarından azad ediləcəkmi? “Koronavirusla bağlı təhsildə yeni dövr qeyri-müəyyəndir. Ona görə də şikayət ab-havasından irəliyə düşüncə ab-havasına keçməliyik”.
Elm və təhsil
14429
2 Dekabr , 2020 16:56
Müharibədə iştirak edən gənclər təhsil haqlarından azad ediləcəkmi?

“Koronavirusla bağlı təhsildə yeni dövr qeyri-müəyyəndir. Ona görə də şikayət ab-havasından irəliyə düşüncə ab-havasına keçməliyik”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir eyni zamanda müharibədə iştirak edən gənclərin təhsil haqlarından azad edilmələri üçün hər hansı addımların atılıb-atılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu qəbildən olan şəxslər üçün müəyyən güzəştlər var:

“Düşünürəm ki, hazırda ölkəmiz prosesin hələ ortasındadır. Zəfər əldə edilib, ancaq prosesin nəticələri qiymətləndirilir. Azərbaycan dövləti hər zaman vətəndaşı üçün müvafiq şərait yaradır. Təbii ki, müharibə veteranlarının da layiqli şəkildə əməyinin qiymətləndirilməsi məndə heç bir şübhə yaratmır. Qazilərlə bağlı məsələyə status kimi baxmalıyıq. Həmin vətəndaşlarımızın hansı statusa malik olması və nə kimi güzəştlərə sahib olması müəyyənləşdirilməlidir”.

Son xəbərlər

Orphus sistemi