Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi azərbaycanlı mühacir Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabını çap edib.
T. Hacıbəyli İkinci dünya müharibəsində Fransa ordusunun əsgəri olmuş qardaşı haqqında da qeydlər edib, Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən də yazıb. “Mühacirlərin həyatı”nda T.Hacıbəylinin əlyazmalarının orijinalları yer alıb. Kitaba yazılmış ön sözün müəllifi Ramiz Abutalıbovdur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Xatırladaq ki, Timuçin Hacıbəyli Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin oğludur. Onun həyat yoldaşı Paskal Hacıbəyli və oğlu Benjamin Hacıbəyli ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olub,bir sıra görüşlər keçiriblər.

