Müəllimlərin vakansiya seçimi mərhələsində yenilik edilib

Müəllimlərin vakansiya seçimi mərhələsində yenilik edilib 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində yenilik edilib.
Elm və təhsil
7 Sentyabr , 2020 10:50
Müəllimlərin vakansiya seçimi mərhələsində yenilik edilib
0 : 00
0 : 00

2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində yenilik edilib.

“Report” xəbər verir ki, əvvəlki ildən fərqli olaraq bu il peşə təhsili müəssisələrində mövcud olan vakant yerlər də namizədlərin seçimi üçün təqdim ediləcək.

Qeyd edək ki, builki vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib.

Yuxarıda qeyd olunan fənlər üzrə işə qəbul imtahanlarında iştirak edərək keçid balını toplamış namizədlər 8 sentyabr saat 14:00-dan 9 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi