Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanda 4000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanda 4000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur Bakı. 21 iyul. REPORT.AZ/ Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək.
Elm və təhsil
21 İyul , 2018 13:24
Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanda 4000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur

Bakı. 21 iyul. REPORT.AZ/ Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, riyaziyyat üzrə keçiriləcək test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Xatırladaq ki, iyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi