Müəllimlər üçün əlavə yerləşdirmə aparılacaq

Müəllimlər üçün əlavə yerləşdirmə aparılacaq Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmayan 1558 yer vakansiyalar elan ediləcək
Elm və təhsil
31 Avqust , 2016 12:57
Müəllimlər üçün əlavə yerləşdirmə aparılacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 3-5 sentyabrda müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.

Əlavə yerləşdirmədə əvvəlki seçim zamanı tutulmayan 1558 yer və müsabiqə başa çatandan sonra yaranan yeni vakansiyalar elan ediləcək.

Əlavə yerləşdirmə başa çatdıqdan sonra vakant yeri tutmaq hüququ əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Qeyd olunan mərhələdən uğurla keçən namizədlər müəllim adını qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi