Müəllimlər arasında "Ən yaxşı yazı" müsabiqəsi elan olunub

Müəllimlər arasında "Ən yaxşı yazı" müsabiqəsi elan olunub Müsabiqəyə yazı qəbulu martın 31-də başa çatacaq
Elm və təhsil
348
3 Mart , 2017 14:54
Müəllimlər arasında Ən yaxşı yazı müsabiqəsi elan olunub

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondu Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzeti ilə birgə müəllimlər arasında "Ən yaxşı yazı" müsabiqəsi elan edib.

Bu barədə "Report"a Bilik Fondundan məlumat verilib.

Müsabiqəyə ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, pedaqoqlar tədris etdikləri fənlərlə bağlı pedaqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim edə bilərlər.

Müsabiqəyə yazı qəbulu martın 31-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi