Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
“Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
“Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası” təsdiq edilsin", - deyə qərarda bildirilir.