Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq
Elm və təhsil
11 İyul , 2017 17:24
Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək

Bakı. 11 iyul. REPORT.AZ/ Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı iyulun 19-da keçiriləcək.

Bakı Şəhər Təhsil İdarəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi cari ilin aprelindən başlayaraq müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edir.

Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Son xəbərlər

Orphus sistemi