Azərbaycanda müasir təminatlı peşə-tədris mərkəzləri yaradılacaq

Azərbaycanda müasir təminatlı peşə-tədris mərkəzləri yaradılacaq Dövlət proqramı gələn ildən həyata keçiriləcək
Elm və təhsil
153
20 Yanvar , 2015 10:02
Azərbaycanda müasir təminatlı peşə-tədris mərkəzləri yaradılacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda müasir təminatlı peşə-tədris mərkəzləri və kompleksləri yaradılacaq. "Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən 2015-2016-cı illər üçün yeni mərkəz və komplekslərinin yaradılması üzrə dövlət proqramı layihəsinin hazırlanması Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Bununla yanaşı, 2016-cı ildə adıçəkilən dövlət proqramının təsdiq edilməsi Nazirlər Kabinetinə həvalə olunub.

2016-2024-cü illərdə peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.