"Müasir idarəçinin yüksəlişi" mövzusunda görüş keçirilib

"Müasir idarəçinin yüksəlişi" mövzusunda görüş keçirilib "Yüksəliş" müsabiqəsi "Müasir idarəçinin yüksəlişi (biliklar və kompetensiyalar)" mövzusunda görüş keçirib.
Elm və təhsil
12 May , 2022 10:54
Müasir idarəçinin yüksəlişi mövzusunda görüş keçirilib

"Yüksəliş" müsabiqəsi "Müasir idarəçinin yüksəlişi (biliklar və kompetensiyalar)" mövzusunda görüş keçirib.

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Paşa Holdinqin baş icraçı direktoru Calal Qasımov və digər rəsmi şəxslər iştirak edib.

Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd müsabiqənin yeni kompetensiyalarının müzakirə edilməsi, Azərbaycanda cari insan kapitalının təhlili, həmçinin, inkişaf imkanlarının müzakirəsidir.

Daha sonra ötən ilki müsabiqənin qalibi Orxan Quliyev tədbir iştirakçıları ilə uğur hekayəsini paylaşıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında qeyd edib ki, nazirlik peşə hazırlığı sahəsində özəl sektorlarla daim əməkdaşlıq edir:

"İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılır. Bundan başqa, 1000-ə yaxın peşə və kvalifikasiya standartları reyestrə daxil edilib".

Görüşdə ölkənin tanınmış şirkətlərin top menecerlari, dovlət və özəl sektorun insan resurslari üzrə təcrübəli mütəxəssisləri və "Yüksəliş" müsabiqəsinin qalibləri təcrübələrini bölüşərək müasir idarəçinin uğurlu olması üçün tələb olunan bilik və səriştələrlə bağlı fikir mübadiləsi aparıblar.

Rəqabətli insan kapitalının formalaşması, bu sahədə olan prioritetlər, yanaşmalar və "Yüksəliş" müsabiqəsinin bu istiqamətlərdə verə biləcəyi tövhələr əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, hazırda ikinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsi tamamlanıb. Qarşıda müsabiqə iştirakçılarını əyani mərhələ gözləyir.

Son xəbərlər

Orphus sistemi