Onun sözlərinə görə, hazırda institutda 250 nəfər çalışır, onların 159 nəfəri elmi işçidir: "Elmi işçilərdən 41-i elmlər doktoru, 89-u isə fəlsəfə doktorudur. AMEA-ya keçirilən seçkilərdə 3 əməkdaşımız müxbir üzv seçilib. Beləliklə, institututda 2 akademik və 4 müxbir üzv fəaliyyət göstərir. Hesabat ilində institutda 22 doktorant təhsil alıb, bu il 4 doktorant qəbul olub, 9 nəfər isə doktorantura təhsilini başa vurub".
M.Mərdanov həmçinin qeyd edib ki, il ərzində dissertasiya şurasında 21 nəfər dissertasiya işi müdafiə edib, onlardan 7-si elmlər doktoru, 14 nəfəri isə fəlsəfə doktorudur: "Müdafiə edənlərdən 13 nəfəri (3 elmlər doktoru, 10 fəlsəfə doktoru) institutun əməkdaşlarıdır. Bu ilində institut əməkdaşlarının 390 elmi işi, o cümlədən xaricdə 107, impakt faktorlu olan jurnallarda 56 məqaləsi və 166 tezisi çap olunub, elmi işçilərin əsərlərinə olan isnadların sayı 850-ə çatıb. Qeyd edək ki, keçən il istinadların sayı 672 idi".
Elmi Şura üzvləri institutun bu ilki fəaliyyətini müsbət qiymətləndirib.
Daha sonra gələn il üçün təkliflər dinlənilib.