MMM-dan Report-a verilən məlumata görə, Ə.S. Elaydi ilə məktəbin direktoru Həcər İbrahimova arasında məktəblə əməşdaşlığın qurulması, birgə yeni layihələr, mərkəzin təhsil sahəsində gördüyü işlər və gələcək əməkdaşlıq barədə layihələr mövzusunda müzakirələr aparılıb.
Sonra Mərkəzin müdiri məktəbdə yaradılan Heydər Əliyev muzeyi və Azərbaycan-Misir dostluq guşəsi ilə tanış olub, məktəbdə ərəb dilinin tədrisi ilə maraqlanmaq üçün siniflərdən bir neçəsində olub, şagirdlərlə ərəb dilində ünsiyyət qurub və tədrisin keyfiyyətindən razı qalıb.
Sonda Ə.S.Elaydi məktəbin müəllim və şagird heyətini Misirin mədəniyyəti, tarixi ilə daha yaxından tanış olmaq üçün Mərkəzə dəvət edib.