Mingəçevir və Sankt-Peterburqun Turizm kollecləri arasında əməkdaşlıq sazişi imzalanıb

Mingəçevir və Sankt-Peterburqun Turizm kollecləri arasında əməkdaşlıq sazişi imzalanıb Pedaqoq və tələbə mübadiləsinin aparılması nəzərdə tutulur
Elm və təhsil
2 iyun 2017 14:27
Mingəçevir və Sankt-Peterburqun Turizm kollecləri arasında əməkdaşlıq sazişi imzalanıb

Mingəçevir. 2 iyun. REPORT.AZ/ Mingəçevir Turizm Kolleci ilə Sankt-Peterburq Turizm Kolleci arasında əməkdaşlıq sazişi imzalanıb. 

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, Azərbaycan və Rusiyanın orta ixtisas təhsil müəssisələri kadr hazırlığı, təhsil proqramlarında innovativ yeniliklərin tətbiqi, turizm kompleksləri ilə təhsili müəssisələri arasında işgüzar əlaqələrin formalaşdırılması və texnoloji yeniliklərin mübadiləsi prosesində sıx əməkdaşlıq edəcək. Eyni zamanda, pedaqoq və tələbə mübadiləsinin aparılması nəzərdə tutulur.

Bundan başqa, Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti qarşı tərəfin dəvəti Sankt-Peterburqda "Gənc peşəkarlar" mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi