Milli Azərbaycan Tarixi Muzeyinə antik eksponatlar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinə antik eksponatlar daxil olub Arxeoloq: "Eksponatlar Azərbaycanda bədii metalişləmə sənətinin inkişaf tarixini öyrənmək üçün dəyərli mənbə rolunu oynayır"
Elm və təhsil
17 Fevral , 2016 20:20
Milli Azərbaycan Tarixi Muzeyinə antik eksponatlar daxil olub

Bakı. 17 fevral. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinə antik eksponatlar daxil olub. 

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, muzeyə daxil olan eksponatlar Şirvan bölgəsinin Nərgizava abidəsindən tapılan, qadın bəzək nümunələri olan metal bilərziklərdən ibarətdir.

Muzeyin Arxeologiya Fondunun müdiri, arxeoloq Nasir Quluzadənin dediyinə görə, bu bilərziklər tuncdandır: "Nərgizava nekropolu e.ə. III-II əsrlərini əhatə edir. Bilərziklərdən birinin sonluğu əjdaha və ya yırtıcı heyvan başı ilə tamamlanıb, bu xüsusi maraq doğurur. Əldə olunan antik bilərziklər elmi cəhətdən tədqiq olunub, hazırda Muzeyin Arxeologiya Fondunda qorunub saxlanılır".

Arxeolqun sözlərinə görə, muzeyə təhvil verilən bədii metalişləmə nümunələri antik dövrdə Şirvan sənətkarlığının inkişaf etdiyini sübut edir və Azərbaycanda bədii metalişləmə sənətinin inkişaf tarixini öyrənmək üçün dəyərli mənbə rolunu oynayır.

Son xəbərlər

Orphus sistemi