Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib Qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib
Elm və təhsil
100
27 Avqust , 2015 15:55
Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib

Bakı. 27 avqust. REPORT.AZ/ Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhərindəki Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri iştirak ediblər.

"Qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi