Mikayıl Cabbarov: "Peşə-ixtisas təhsili sistemində əməkhaqqı səviyyəsinin xeyli aşağı olması ən ciddi problemlərdəndir"

Mikayıl Cabbarov: "Peşə-ixtisas təhsili sistemində əməkhaqqı səviyyəsinin xeyli aşağı olması ən ciddi problemlərdəndir" "Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb"
Elm və təhsil
2198
10 Oktyabr , 2017 01:35
Mikayıl Cabbarov: Peşə-ixtisas təhsili sistemində əməkhaqqı səviyyəsinin xeyli aşağı olması ən ciddi problemlərdəndir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Əmək bazarının tələbatının daha dolğun təmin edilməsini, iqtisadiyyatın prioritet inkişaf istiqamətlərini, xüsusilə rayonların ixtisaslaşmasını nəzərə alaraq, cari tədris ilindən mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində 22 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına start verilib", - deyə o bildirib.

Bununla belə, onun sözlərinə görə, peşə təhsili sistemində bir sıra problemlər də mövcuddur:

"Bunlar Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrasına mane olur. Maddi-texniki bazanın köhnələrək tam sıradan çıxması, peşə-ixtisas təhsili sistemində çalışanların əməkhaqqının əmək bazarında uyğun ixtisaslar üzrə əməkhaqqı səviyyəsindən xeyli aşağı olması bu sahədə mövcud olan ən ciddi problemlərdəndir".

Son xəbərlər

Orphus sistemi