Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov fevralın 16-da, saat 11:00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlar 11, 12 və 13 fevral tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.