Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.