Mərkəzi Nəbatat Bağının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

Mərkəzi Nəbatat Bağının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində keçirilən Biocoğrafiyanın aktual məsələri adlı beynəlxalq konfransda 90-dan artıq mütəxəssisin iştiraki ilə müasir tədqiqatlar və gələcək elmi istiqamətlərin müzakirəsi aparılıb.
Elm və təhsil
22 Oktyabr , 2018 07:17
Mərkəzi Nəbatat Bağının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində keçirilən "Biocoğrafiyanın aktual məsələri" adlı beynəlxalq konfransda 90-dan artıq mütəxəssisin iştiraki ilə  müasir tədqiqatlar və gələcək elmi istiqamətlərin müzakirəsi aparılıb.

“Report” xəbər verir ki, konfrans Sankt-Peterburq Dövlət Universitetinin Botaniki Coğrafiya Kafedrasının yaradılmasının 100 illiyinə həsr olunub.

Proqram çərçivəsində bitki örtüyünün müasir tədqiqi, xüsusilə məsafədən zondlama üsullarının tətbiqi məsələlərinə xüsusi yer ayrılıb.

Konfransda ölkəmizi təmsil edən AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev “İntroduksiya şəraitində oduncaqlı bitkilərin toxumlarının coğrafi keyfiyyət dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində aparılan müqayisəli rentgenoqrafik tədqiqatlar nəticəsində öyrənilən oduncaqlı bitkilərin təbii arealında və introduksiya şəraitində toxumların coğrafi keyfiyyət dəyişkənlikləri haqqında məlumatları təqdim edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.

Səfər çərçivəsində Vahid Fərzəliyev Sankt-Peterburq Botanika Bağında yeni yaradılmış canlı bitki kolleksiyaları ilə yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi