Mərkəzi Elmi Kitabxanada struktur dəyişiklikləri olub

Mərkəzi Elmi Kitabxanada struktur dəyişiklikləri olub Kitabxananın fondlarında ümumilikdə 1,7 milyondan çox kitab toplanıb
Elm və təhsil
186
5 İyun , 2015 16:36
Mərkəzi Elmi Kitabxanada struktur dəyişiklikləri olub

Bakı. 5 iyun. REPORT.AZ/ Mərkəzi Elmi Kitabxananın (MEK) ümumi iclası keçirilib. Bu barədə "Report"a MEK-in mətbuat xidmətindən məlumat verilib.

Ktabxananın direktoru Leyla İmanova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq keçən ay ərzində kitabxanada görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Ötən həftə AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan yeni binaya kitabların köçürülmə prosesinin başa çatdığını xatırladan L.İmanova bildirib ki, hazırda MEK-in fondlarında ümumilikdə 1,7 milyondan çox kitab toplanıb.

Kitabxananın oxucuların istifadəsinə verilməsinin bu ilin sentyabr ayına planlaşdırıldığını deyən MEK rəhbəri avqust ayında kitabxananın xidmətə başlamasına qədər bu istiqamətdə bütün işlərin tamamlanacağını və xidmət fəaliyyətinin qiymətləndirilməsi məqsədilə sınaq işlərinin həyata keçiriləcəyini bildirib. 

Gündəlikdəki növbəti məsələ struktur dəyişiklikləri ilə bağlı olub. Bildirilib ki, artıq yeni struktur təsdiqlənib və yerləşdirilmələr başa çatıb. Əməkdaşların şöbə və bölmə rəhbəri vəzifəsinə təyini onların inzibati idarəetmə bacarıqları, eləcə də kitabxana işi bilikləri nəzərə alınaraq həyata keçirilib. 

Daha sonra tədbirdə icra edilən tapşırıqlar və həyata keçirilən təşəbbüslərə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.                     

Son xəbərlər

Orphus sistemi