Mərkəz direktoru: "Bugünkü sertifikatlaşdırma imtahanında davamiyyət yüksək səviyyədədir"

Mərkəz direktoru: "Bugünkü sertifikatlaşdırma imtahanında davamiyyət yüksək səviyyədədir" Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk günü üçün davamiyyət yüksək səviyyədədir.
Elm və təhsil
20 İyun , 2023 10:59
Mərkəz direktoru: Bugünkü sertifikatlaşdırma imtahanında davamiyyət yüksək səviyyədədir
Nurlan İsmayılbəyli

“Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk günü üçün davamiyyət yüksək səviyyədədir”.

“Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu göstərici 95 %-dən yüksəkdir.

Qeyd edək ki, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Bugünkü test imtahanı mərhələsində 4000-dən çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər iştirak edir.

Ümumilikdə isə iyunun 24-dək davam edəcək imtahanlarda iştirak üçün 28 min müəllim qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi