Məleykə Abbaszadə repetitorların fəaliyyətindən danışdı

Məleykə Abbaszadə repetitorların fəaliyyətindən danışdı "Bunun əsas səbəbi rəqabətlə yanaşı şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir"
Elm və təhsil
17 Aprel , 2021 16:35
Məleykə Abbaszadə repetitorların fəaliyyətindən danışdı

"Nə qədər qəribə səslənsə də, bu da qlobal tendensiyadır. Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir".

"Report" xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Test imtahanları repetitorluğun artmasına səbəb olurmu" sualını cavablandırarkən deyib.

O bildirib ki, bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur:

"Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu, sadəcə ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən, dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7,1 % böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur".

Son xəbərlər

Orphus sistemi