Bakı. 29 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 8-də Beyləqan şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Qəbulda Beyləqan, Füzuli, Zərdab və İmişli rayon sakinləri də iştirak edə bilərlər. Qəbul saat 11:00-da Beyləqan şəhəri, Gənclər Mərkəzində (Heydər Əliyev pr., 7) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Beyləqan, Füzuli, Zərdab və İmişli rayon Təhsil Şöbələrinə də 29 mart - 7 aprel tarixlərində (şənbə və bazar günü istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.