Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib “Gələn həftə kollec və əvvəlki illərin məzunları sənəd verdikdən sonra qəbul imtahanlarının tarixi elan ediləcək”
Elm və təhsil
26 May , 2021 11:16
Məleykə Abbaszadə buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərlə bağlı məsələyə aydınlıq gətirib

“Gələn həftə kollec və əvvəlki illərin məzunları sənəd verdikdən sonra qəbul imtahanlarının tarixi elan ediləcək”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, imtahan tarixini elan etmək məsuliyyətli işdir: “Həmişə Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanıldıqdan sonra tarixlər barədə nəsə deyə bilirdik. İndi isə karantinlə əlaqəli Nazirlər Kabineti yanında Operativ Qərargahın təklifi əsasında tarixləri müəyyən edə bilirik. Aprel ayında üzrlü səbəbdən buraxılış imtahanında iştirak edə bilməyən təxminən 250-yə yaxın şəxsin yenidən imtahan verməsi üçün şərait yaradılacaq”.

Son xəbərlər

Orphus sistemi