Məktəblilər “Mərdəkan” gəmisi ilə tanış olublar

Məktəblilər “Mərdəkan” gəmisi ilə tanış olublar Bakı. 26 may. REPORT.AZ/ “Ankara məktəbi” məktəb-liseyin bir qrup şagirdi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus yeni istismara verilən “Mərdəkan” gəmisində olub.
Elm və təhsil
26 May , 2018 18:09
Məktəblilər “Mərdəkan” gəmisi ilə tanış olublar

Bakı. 26 may. REPORT.AZ/ “Ankara məktəbi” məktəb-liseyin bir qrup şagirdi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus yeni istismara verilən “Mərdəkan” gəmisində olub. 

"Report" xəbər verir ki, “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışında iştirak üçün gəmidə araşdırma aparan IV sinif şagirdləri onları maraqlandıran suallara yerində cavab tapıblar. Bu işdə şagirdlərə gəminin kapitanı və digər heyət üzvləri xüsusi kömək edib, onlara gəmi və dənizçilik haqqında ətraflı məlumat veriblər.

Bundan başqa, məktəblilərə gəmini gəzmək imkanı yaradılıb. Kapitan körpüsü, maşın şöbəsi, kayutlara baş çəkən şagirdlər ilk dəfə gəmidə olduqlarını deyərək heyətə təşəkkürlərini bildiriblər.

“Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışa qatılan məktəblilər əyləncəli mühitdə elmi və texnoloji problemləri qaldırıb, onların həlli yollarını araşdırmağa cəhd ediblər. “Ankara məktəbi” məktəb-liseyin “Atlantida” komandası layihə nominasiyası üzrə qalib gələrək I yerə layiq görülüb.

FIRST LEGO League (FLL) – 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları turniridir.

Son xəbərlər

Orphus sistemi