Məktəblərdə qiymətləndirmə ilə bağlı dövlət qurumlarına tövsiyələr göndərilib

Məktəblərdə qiymətləndirmə ilə bağlı dövlət qurumlarına tövsiyələr göndərilib “Distant təhsilin xüsusiyyətləri nəzərə alınmaqla bütün fənn və siniflər üzrə hansı mövzunun keçirilməməsi üçün aidiyyəti qurumlara tövsiyələr göndərilib. Həmin mövzular da qiymətləndirilmə suallarına salınmayacaq”.
Elm və təhsil
21 Yanvar , 2021 16:30
Məktəblərdə qiymətləndirmə ilə bağlı dövlət qurumlarına tövsiyələr göndərilib
Vəfa Yaqublu

“Distant təhsilin xüsusiyyətləri nəzərə alınmaqla bütün fənn və siniflər üzrə hansı mövzunun keçirilməməsi üçün aidiyyəti qurumlara tövsiyələr göndərilib. Həmin mövzular da qiymətləndirilmə suallarına salınmayacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, qiymətləndirmə həm də peşə təhsilinə də aiddir: “Qiymətləndirmə prosesi 27 yanvara qədər davam edəcək. Üzrlü səbəblərdən bu dəfəki qiymətləndirmədə iştirak edə bilməyənlər gələn ay üçün olan mərhələdə əyani şəkildə iştirak edə biləcəklər”.

Son xəbərlər

Orphus sistemi