Məktəblərdə narkotikə qarşı təbliğatın gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

Məktəblərdə narkotikə qarşı təbliğatın gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb.
Elm və təhsil
27 Yanvar , 2022 17:29
Məktəblərdə narkotikə qarşı təbliğatın gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb.

"Report" xəbər verir ki, bu, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsinə dair müvafiq tapşırıq və göstərişlərinə əsasən icra olunacaq.

Təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.

Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada ümumitəhsil məktəblərində nümayişi planlaşdırılıb.

Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi