Deputat: "Universitet müəllimləri məktəblilər üçün dərslik yazmamalıdır"

Deputat: "Universitet müəllimləri məktəblilər üçün dərslik yazmamalıdır" "Məktəb dərslikləri ali təhsil müəssisələrinin müəllimləri tərəfindən yazılmamalıdır".
Elm və təhsil
10 Noyabr , 2022 17:23
Deputat: Universitet müəllimləri məktəblilər üçün dərslik yazmamalıdır

"Universitet müəllimləri məktəblilər üçün dərslik yazmamalıdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

O qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəllərində yer alması təhsilin keyfiyyəti ilə əlaqəlidir: "Biz isə keyfiyyətdən çox kəmiyyətin arxasınca qaçırıq. Təhsilin keyfiyyətini artırmaq üçün məktəblərdən başlamalıyıq. İstərdim ki, dərslikləri universitet müəllimləri yazmasın. Təəssüf ki, orta məktəb müəllimlərini bu sahədən uzaqlaşdırırlar. Orta məktəb müəllimlərinin dərsliklərin şagirdlərin başa düşəcəyi səviyyədə yazılmasında rolu vacibdir. Universitet müəllimi isə bu məsələdə məsləhətçi kimi iştirak edə bilər".

Son xəbərlər

Orphus sistemi