Meksikada mağaradan 10 min yaşlı insanın qalıqları tapılıb

Meksikada mağaradan 10 min yaşlı insanın qalıqları tapılıb Qədim insanın ölümünə hansısa fəlakət səbəb olub
Elm və təhsil
20 Fevral , 2018 05:55
Meksikada mağaradan 10 min yaşlı insanın qalıqları tapılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Meksikanın Yukatan yarımadasının böyük sualtı mağara sistemində dalğıclar tərəfindən təqribən 10 min əvvəl yaşamış insanın qalıqları tapılıb.

“Report” xəbər verir ki, bu barədə tədqiqat layihəsinin rəhbəri Gilyermo de Andaya istinadən "El Universal" qəzeti yazıb.

Ekspert hesab edir ki, qədim insanın ölümünə hansısa fəlakət səbəb olub. Skeletin məhz kimə məxsus olduğu hələ məlum deyil, ona görə layihəyə antropoloq da qoşulub.

Mağaranın tədqiqatı zamanı qurbangah və mayalıların ticarət allahı Ek-Çuaxuya həsr olunmuş dini mərasim alətləri də tapılıb.

Tarixçilərin fikrincə, maya tacirləri bu yerdən ziyarət üçün istifadə ediblər. Arxeoloqlar elə oradaca həmin allahın çoxlu sayda keramikadan qalıqlarını və maskasını aşkar ediblər.

Son xəbərlər

Orphus sistemi