Meksika səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub
Elm və təhsil
- 18 mart, 2016
- 16:07
Bakı. 18 mart. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovayla görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə rektor universitetin xarici ölkələrin ali təhsil ocaqları ilə qurduğu əməkdaşlıq əlaqələri haqqında məlumat verərək, bu iş birliyi çərçivəsində həyata keçirilən layihələri qeyd edib.
Səfir Labardini ölkəsinin memarlıq xüsusiyyətlərini və Meksikada dünyanın 20 seçilmiş ali memarlıq məktəbinin mövcudluğunu vurğulayaraq adıçəkilən sahə üzrə qarşılıqlı əlaqə yollarının açılması imkanlarından söz açıb.
Tərəflər memarlıq və inşaat tədrisi sahəsində əməkdaşlığın qurulmasına dair qarşılıqlı maraqlarını ifadə edib.
Son xəbərlər
02:21
Rubio: ABŞ Çin şirkətlərinə ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər
Digər ölkələr01:47
Merts Almaniyada azlıq hökumətinin qurulmasını istisna edib
Digər ölkələr01:18
ABŞ İrana sanksiyalardan yayınmağa kömək edən şirkətləri sanksiyalarla hədələyib
Digər ölkələr00:54
"Arsenal" UEFA Çempionlar Liqasının ilk finalçısı olub
Futbol00:52
Səudiyyə Ərəbistanı iyunda Asiya üçün neftin qiymətini endirib
Digər ölkələr00:26
Rubio: ABŞ-nin Hörmüz boğazındakı əməliyyatı müdafiə xarakterlidir
Digər ölkələr23:58
Aİ-Azərbaycan münasibətləri: strateji maraqlar "qətnamə marafonu"na qarşı – ŞƏRH
Analitika23:48
Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb
Region23:25