Mehriban Vəliyeva: "İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub"

Mehriban Vəliyeva: "İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub" Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.
Elm və təhsil
774
12 Noyabr , 2021 12:34
Mehriban Vəliyeva: İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub
Mehriban Vəliyeva

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində istilik probleminin şagirdlərin dərsə davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.

"Report" xəbər verir ki, İdarə müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında istiliklə bağlı problemin məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir etdiyini deyib.

O qeyd edib ki, məktəblərdə davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir: "İstilik yeganə səbəb deyil. Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər isti sinif otaqlarında təhsilllərini davam etdirəcəklər".

Son xəbərlər

Orphus sistemi