Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksinin direktorunun işə çıxmamasının səbəbini açıqlayıb

Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksinin direktorunun işə çıxmamasının səbəbini açıqlayıb "Bu gün məktəbdə fəaliyyət tam şəkildə əhatə olunub"
Elm və təhsil
956
6 Oktyabr , 2017 11:28
Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksinin direktorunun işə çıxmamasının səbəbini açıqlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva paytaxtdakı Məktəb-Lisey Kompleksində valideynlərin aksiya keçirməsinə səbəb olan məktəb direktorunun işdən çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirib.

"Report"un xəbərinə görə, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, direktor Qafar Hüseynov tədris ilinin başlanmasına qısa müddət qalmış əməliyyat olunub.

Onun sözlərinə görə, hazırda Q.Hüseynov xəstəliklə əlaqədar işə çıxmır: "Lakin o, hələ də kompleksin direktor vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Bu gün məktəbdə fəaliyyət tam şəkildə əhatə olunub və bütün istiqamətlərdə işini səmərəli şəkildə davam etdirir".

İdarə müdiri onu da qeyd edib ki, hazırda BŞTİ-nin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti olaraq icra edir: "Onun xəstəliklə bağlı bülleteninin nə vaxta kimi olacağı barədə məlumatımız yoxdur". 

Son xəbərlər

Orphus sistemi