Marsda Xəzər dənizi ölçüsündə yeraltı dəniz aşkarlanıb

Marsda Xəzər dənizi ölçüsündə yeraltı dəniz aşkarlanıb MRO zondunun alətləri alimlərə Marsda buzlu su ehtiyatlarının həcmini ölçməyə yardım edib
Elm və təhsil
23 Noyabr , 2016 16:59
Marsda Xəzər dənizi ölçüsündə yeraltı dəniz aşkarlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ MRO zondunun alətləri alimlərə Marsda düzənliklərdən birinin səthinin altında yerləşən buzlu su ehtiyatının həcmini ölçməyə yardım edib. Nəticədə Utopiya düzənliyinin altında sahəsi Xəzər dənizi və ya ən böyük Avropa dövləti qədər olan nəhəng su hövzəsi aşkarlanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Geophysical Research Letters" jurnalında dərc olunan məqalədə deyilir.

Bildirilir ki, su hövzəsi qalınlığı təqribən 80-170 metr olan nəhəng buzlaqdan ibarətdir. Onun 85%-i sudan, 15%-i isə toz və ya böyük qəmbər daşlarından ibarətdir. Tədqiqatçıların qiymətləndirməsinə görə, oradakı suyun həcmi Şimali Amerika və Yer kürəsinin ən böyük şirin su hövzəsi olan Böyük Göllərdən az deyil.

Son xəbərlər

Orphus sistemi