Magistrların qeydiyyat müddəti uzadılıb

Magistrların qeydiyyat müddəti uzadılıb Müddət iyulun 14-də bitəcək
Elm və təhsil
6 İyul , 2017 17:23
Magistrların qeydiyyat müddəti uzadılıb
Report

Bakı. 6 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssəsində qeydiyyat müddəti Nazirlər Kabinetinin qərarına əsasən kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında 4 gün uzadılıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Belə ki, bakalavrlar iyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Son xəbərlər

Orphus sistemi