Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb Magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək
Elm və təhsil
139
19 Fevral , 2016 15:47
Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb. "Report"un xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12:00-dək uzadılıb.

Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. 

Xatırladaq ki, bundan əvvəl TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi.