Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə AMEA-nın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi açıqlanıb

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə AMEA-nın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi açıqlanıb Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər
Elm və təhsil
10 Aprel , 2015 13:15
Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə AMEA-nın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi açıqlanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə AMEA-nın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi cədvəlini açıqlayıb. Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

Təhsilin magistratura pilləsində Azərbaycan Milli Elmlər Akademiyasına 7 ixtisas-Filologiya, Antropologiya, Fizika, Kimya, Biologiya, Geologiya, Aqronomluq üzrə 20 yer ayrılıb. 

Xatırladaq ki, AMEA-da magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

Qeyd edək ki, magitraturaya qəbul imtahanının II mərhələsi aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi