Magistratura imtahanı zamanı sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır

Elm və təhsil
  • 22 fevral, 2022
  • 08:21
Magistratura imtahanı zamanı sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı zamanı sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri imtahana gəlməyib. 1 nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

44 filmi