Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.
Elm və təhsil
10 Mart , 2020 19:50
Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənib. Bununla da magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Eyni zamanda dəyişikliklə magistr diplomu ilə magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamağa imkan verəcək. 

Son xəbərlər

Orphus sistemi