Lisey və gimnaziyaların V-VII siniflərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Şagirdlər
Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək