Lerikdə yeni məktəb istifadəyə verilib - FOTO

Lerikdə yeni məktəb istifadəyə verilib - FOTO Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb
Elm və təhsil
342
8 Dekabr , 2015 17:32
Lerikdə yeni məktəb istifadəyə verilib - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Lerik rayonunun Anbu kənd tam orta məktəbinin açılışı olub. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

180 şagirdlik olan təhsil ocağının tikintisinə keçən ilin sentyabrından başlanılıb. 

Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan məktəb 12 sinif otağı, 2 laboratoriya, kompüter otağı, akt və idman zallarından ibarətdir. Məktəb ərazisində yanğın və içməli su anbarları, qazanxana inşa olunub. Məktəbin həyəti abadlaşdırılıb və yaşıllıq zolağı salınıb.

Son xəbərlər

Orphus sistemi