Lənkəran Dövlət Universiteti 13 kafedra üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib

Lənkəran Dövlət Universiteti 13 kafedra üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib Lənkəran Dövlət Universiteti (LDU) vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Elm və təhsil
4 Sentyabr , 2024 20:26
Lənkəran Dövlət Universiteti 13 kafedra üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib

Lənkəran Dövlət Universiteti (LDU) vakant yerlər üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib.

"Report"un Muğan bürosunun məlumatına görə, vakant yerlər riyaziyyat və informatika, biologiya və ekologiya, kimya və fizika, tarix və onun tədrisi metodikası, coğrafiya və onun tədrisi metodikası, pedaqogika, psixologiya və incəsənət fənləri, azərbaycan dili və ədəbiyyat, xarici dillər və tərcümə, ibtidai təhsil və məktəbəqədər təlim, maliyyə idarəetməsi və audit, iqtisadiyyat və innovativ idarəetmə, texnologiya və texniki fənlər, baytarlıq və zoomühəndislik kafedraları, həmçinin təbiyyat və baytarlıq fakültələri üzrə elan olunub.

Qeyd olunub ki, əsasnaməyə uyğun olaraq, sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə müvafiq ünvana təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi