Kredit almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Kredit almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb "Bəzi özəl universitetlərdə təhsil haqlarının ilk il üçün tam ödənilməsi ilə bağlı narazılıqlar hələ də qalır. Nəzərə almalıyıq ki, həmin təhsil müəssisəsi öz maliyyəsinin idarə olunmasında müstəqildir. Bu səbəbdən hansısa təzyiq mexanizmi tətbiq edilə bi
Elm və təhsil
9 Sentyabr , 2022 12:15
Kredit almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb

"Bəzi özəl universitetlərdə təhsil haqlarının ilk il üçün tam ödənilməsi ilə bağlı narazılıqlar hələ də qalır. Nəzərə almalıyıq ki, həmin təhsil müəssisəsi öz maliyyəsinin idarə olunmasında müstəqildir. Bu səbəbdən hansısa təzyiq mexanizmi tətbiq edilə bilməz".

“Report” xəbər verir ki, bu fikirləri Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali məktəblər təhsil haqqlarının toplanmasında müxtəlif mexanizmlərdən istifadə edə bilərlər: "Bu istiqamətdə əməkdaşlıq qurmuşuq. Xahiş edirik ki, yeni qəbul olan tələbələrə kredit almaları üçün imkan yaradılsın. Yanaşma əsasən qarşılıqlı əməkdaşlıq çərçivəsində olmalıdır. Belə olan halda dərhal həmin tələbənin təhsil haqqını köçürməyə çalışırıq. Lakin qaydaları dəyişib birinci kurs tələbələrinə təhsil haqqını birdəfəlik verə bilmərik".

"Bu günə qədər ali təhsil müəssisəsinə qəbul olmuş 3200 nəfər artıq kredit almaq üçün müraciət var. Onların qəbul olduqları müvafiq ali təhsil müəssisələrindən təsdiqini gözləyirik", - A.Paşayev.

Son xəbərlər

Orphus sistemi