Koreya universitetində Azərbaycan multikulturalizmi tədris ediləcək

Koreya universitetində Azərbaycan multikulturalizmi tədris ediləcək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Koreyanın İNHA Universitetində Azərbaycan multikulturalizmini tədris edəcək.
Elm və təhsil
29 Fevral , 2024 12:24
 Koreya universitetində Azərbaycan multikulturalizmi tədris ediləcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Koreyanın İNHA Universitetində Azərbaycan multikulturalizmini tədris edəcək.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, tədris BBMM ilə ali təhsil müəssisəsi arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutacaq. Müqavilə “Multikulturalizm və interkulturalizm” kursunun inteqrasiyasını əhatə edir. Kursa magistr, fəlsəfə doktoru və yerli mütəxəssislər dinləyici kimi cəlb olunacaqlar. İNHA Universitetinin professoru Younsub Oh və doktorant Leyla Məsimli dinləyicilərə mühazirələr oxuyacaqlar.

Həmçinin kursun iştirakçıları arasından seçilmiş tələbələr üçün təlimlər təşkil olunacaq. Həmin tələbələrin Azərbaycandakı multikultural mühitlə yaxından tanış olması üçün Mərkəzin Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi çərçivəsində Azərbaycana səfəri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi